IQNA

İsveçrədə ictimai yerlərdə niqab və çadra geyilməsi qadağan oluna bilər

10:42 - March 08, 2021
Xəbər sayı: 3489419
İsveçrədə ictimai yerlərdə üzün örtülməsinin qadağan edilməsilə bağlı referendum keçirilir. Ölkədə aparılan ictimai rəy sorğusunun nəticəsinə görə, əhalinin 56%-i qadağanın lehinə səs verməyə hazırdır.

Bu gün İsveçrədə ictimai yerlərdə üzün örtülməsinin qadağan edilməsilə bağlı referendum keçirilir. Ölkədə aparılan ictimai rəy sorğusunun nəticəsinə görə, əhalinin 56%-i qadağanın lehinə səs verməyə hazırdır.

Qanun layihəsinə əsasən, İsveçrə sakinlərinə və ölkəyə gələn əcnəbilərə ictimai nəqliyyat, inzibati binalar, restoran və mağazalar, stadionlar, eləcə də digər kütləvi yerlərdə üzlərini örtmək qadağan olunacaq. Yalnız dini müəssisələrdə, tibbi səbəblərdən və hava şəraitindən asılı olaraq üzün bağlanmasına icazə verilə bilər.

Əgər referendum qanun layihəsinin qəbul edilməsilə başa çatarsa, İsveçrədə ictimai məkanlarda niqab və çadra kimi islami geyimlər qadağan olunacaq. /tass

Teqlər: İsveçrə ، niqab ، hicab ، rübənd
captcha