IQNA

Fələstində "Qüds Qarisi" Beynəlxalq Quran yarışları keçiriləcək

9:37 - March 15, 2021
Xəbər sayı: 3489454
Tehran (IQNA) - Ötən həftənin Cümə günü, 12 Mart 2021-ci il, Fələstində "Qüds Qarisi" 2. Beynəlxalq Qurani-Kərimin Qiraəti Yarışları öz işinə başlayıb.

Tehran (IQNA) - Ötən həftənin Cümə günü, 12 Mart 2021-ci il, Fələstində "Qüds Qarisi" 2. Beynəlxalq Qurani-Kərimin Qiraəti Yarışları öz işinə başlayıb.

Fələstinin "Huna əl-Qüds" quransevər cavanlar təşkilatının təşəbbüsü ilə keçirilən bu yarışlara qeydiyyat işləri Ramazan ayının 10-dək davam edəcək.

Orucluq ayında keçiriləcək Quran qiraəti yarışlarının nəticəsi mübarək Ramazan ayının 25-da elan ediləcək.  

Fələstinin "Huna əl-Qüds" (Bura Qüdsdür) quransevər cavanlar təşkilatının üzvləri sosial şəbəkələr vasitəsi ilə bütün dünya müsəlmanlarından bu yarışa qatılmalarını istəyiblər.

Qeyd edək ki, "Dünya Qüds Qarisi" Quran yarışları ilk dəfə 2016-cı ildə keçirilib. Bu yarışda 850 nəfər iştirak etmişdi. İştirakçılar öz tilavətlərini internet vasitəsi ilə hakimlər heyətinə göndərmişdilər. Final mərhələsinə 10 qari seçilmiş və sonda 5 qari qalib elan edilmişdi. / iqna

 

captcha