IQNA

17:24 - March 16, 2021
Xəbər sayı: 3489467
“Mən həyatımın böyük hissəsi boyu müsəlmanlara nifrət etmişəm, bu gün isə fəxrlə özümü müsəlman adlandırıram”, – deyə 2012-ci ildə İslamı qəbul edərək özünə Şadab adıbı götürən Siddxartx bildirib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəfəqna"ya istinadla verdiyi xəbərə görə, İnduizmin ən yüksək kastalarından biri olan kşatriya nümayəndəsi olan şəxs necə müsəlman olması haqda danışıb.

“Mən həyatımın böyük hissəsi boyu müsəlmanlara nifrət etmişəm, bu gün isə fəxrlə özümü müsəlman adlandırıram”, – deyə 2012-ci ildə İslamı qəbul edərək özünə Şadab adıbı götürən Siddxartx bildirib.

O, deyir ki, uşaqlıqdan induist ənənələri üzrə tərbiyələndirilib, məbədlərə gedərək induist dini ayinlərini yerinə yetirib.

19 yaşında bəzi induist dini ayinləri ilə bağlı şübhələri yaranıb, lakin böyüklərdən öz suallarına məntiqli cavab ala bilməyib.

Eyni zamanda isə o, tamamilə başqa tərəfdən İslam haqda öyrənib.

“İslam dinində istər küçə dilənçisi, istərsə də bankir ol, sən namaz qılarkən hamı ilə birlikdə eyni cərgədə olursan və İslam qarşısında hər kəs bərabərdir. (İslamda) Allaha yaxın olmaq üçün varlı olmaq və ya konkret bir sosial qrupda doğulmaq lazım deyil”, – deyə o bildirib.

O bildirir ki, İslama marağı artdıqca ailəsində yaranan problemlərin sayı da artırdı. Şadab deyir ki, valideynləri ilə birlikdə yaşayarkən gizli şəkildə namaz qılıb oruc tuturdu.

Zamanla ailə üzvləri onun dəyişdiyini hiss etdilər və onun otağında tez-tez “reydlər” keçirməyə başladılar və günlərin birində onun çantasından təsbeh, araxçın və İslami duaların olduğu kitabı aşkar etdilər.

2016-cı ildə Şadabın 23 yaşı olanda ailəsi ondan üz döndərdi. Həmin zamanlar o, heç bir iş tapa bilmirdi və sözün əsl mənasında, küçələrdə qalmaq məcburiyyətində qaldı – skamyalarda yatmalı və qalıq yeməklərlə qidalanmalı olub.

O, günü bu gün də öz dini baxışlarını gizlətmək məcburiyyətindədir. Hindistan cəmiyyəti islamofobiyadan əziyyət çəkir.

Bütün bu çətinliklərə baxmayaraq, Şadab məyus olmur və müsəlman olaraq fəxrlə həyatını davam etdirir. 

Teqlər: hinduizm ، hindu ، müsəlman ، induisim ، induist ، induiz
Ad:
E-poçt:
* Comment:
* captcha: