IQNA

14:54 - March 20, 2021
Xəbər sayı: 3489484
İslam İnqilabıın Ali Məqamlı Rəhbəri İran xalqını və Novruz bayramını qeyd edən bütün xalqları Novruz bayramı və İranda 1400-cü hicri-şəmsi ilinin başlanması münasibəti ilə təbrik edib.

İslam İnqilabıın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Ümza Seyid Əli Hüseyni Xamenei cənabları İran xalqını və Novruz bayramını qeyd edən bütün xalqları Novruz bayramı və İranda 1400-cü hicri-şəmsi ilinin başlanması münasibəti ilə təbrik edib.

İslam İnqilabıın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Ümza Seyid Əli Hüseyni Xamenei cənabları öncə Şəban ayında olan İmam Hüseynin (ə), İmam Səccadın (ə), Həzrət Əbülfəzl-Abbasın (ə) və İmam Zamanın (ə.f.) mövlud günləri münasibətilə İslam ümmətini təbrik edib, daha sonra isə Novruz bayramı və Yeni il münasibətilə bu bayramı qeyd edən bütün xalqları, xüsusilə, İran xalqını, şəhid ailələrini, qaziləri, yeniyetmələri və gəncləri təbrik edib.
 
Ayətullah Xamenei Yeni ilin şad, şirin və xeyir-bərəkətli olmasını arzu edərək, yeni hicri-şəmsi ilini “istehsal; dəstəklər və maneələrin aradan qaldırılması” ili adlandırıb.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei 1400-cü günəş ilinin başlanması münasibətilə verdikləri müraciətin bir hissəsində belə qeyd ediblər:

Novruz bayramının və yeni ilin gəlməsi münasibətilə bütün əziz həmvətənlərimizi, xüsusən möhtərəm şəhid və müharibə əlillərinin ailələrini və bütün fədakar döyüşçüləri təbrik edirəm. Həmçinin bayram münasibətilə novruz bayramını qeyd edən bütün xalqları təbrik edirəm.

Bu il bizim bayramımız mübarək şəbaniyyə bayramlarına təsadüf edir ki, ümid edirəm, bu maddi və mənəvi cəhətdən bizim yeni ilimiz üçün inşaallah, firavan bərəkətlərə malik olacaq. Və 1400-cü il onunla mübarəkdir ki, onda iki nimeye şəban var və xalq bu ildə iki dəfə Vəliyullahuləzəm(ərvahuna fidah)-ın mövludunu bayram edəcək.

Həzrət Ayətullahuluzma Xamenei 1399-cu ili müxtəlif və nadir hadisələr, xüsusən naməlum koroanavirus fenomeni ilə dolu olduğunu bildirərək, deyiblər: Bizim xalq üçün doğrudan da nadir və naməlum olan hadisələrdən biri, koronavirus fenomeni idi ki, demək olar ki, bütün xalqın həyatını müəyyən tərzdə təsir altına aldı. Həm məşğuliyyətləri, həm dərs mühitlərini, dini toplantıları, həm səfərləri, idmanı və ölkənin digər müxtəlif məsələrini təsir altına aldı və ölkədəki məşğulluğa möhkəm zərbə vurdu.

İslam İnqilabının Böyük Rəhbəri koronavirus nəticəsində əziz xalqdan on minlərlə nəfərin həyatını itirməsini 1399-cu ilin kədərli hadisələrindən adlandırıb və həyatlarını itirənlər üçün ilahi rəhmət diləyərək, onların ailələrinin kədəri ilə bölüşüblər.

O həzrət düşmənin maksimum təzyiqinin sınmasını 1399-cu ildəki milli bacarıqlardan adlandırıb və belə deyiblər: Amerika başda olmaqla bizim düşmənlərimiz İran xalqını bu maksimum təzyiq ilə dizə çökdürmək istəyirdilər. Əlbəttə, biz bilirdik ki, xalq dayanacaq və düşmənlər məğlub olacaqlar. Amma bu gün amerikalıların özlərinin və onların avropalı yoldaşlarının etiraflarına görə, maksimum təzyiq uğursuz qalıbdır.

Həzrət Ayətullahuluzma Xamenei sonra 1399-cu ilin şüarının, yəni istehsal sıçrayışının reallaşması miqdarını dəyərləndirərək, deyiblər:

Çox sayda xalq və dövlət məlumatlarına görə, istehsal sıçrayışı ölkənin müxtəlif sektorlarında qəbulediləsi həddə həyata keçibdir.

İslam İnqilabının Böyük Rəhbəri istehsal sıçrayışı şüarını tamamilə inqilabi bir şüar adlandıraraq, belə qeyd ediblər: İstehsal sıçrayışının reallaşması həm ölkədə, o cümlədən milli pulun dəyəri məsələsində dərin iqtisadi təsirlərə malikdir, həm də milli təhlükəsizliyə zəmanət, ümumi razılıq və milli özünəinama səbəb olur.

Həzrət Ayətullahuluzma Xamenei investisiya təşviqediciləri də daxil olmaqla təşviqedicilərin yaradılmasını istehsal sıçrayışına lazım olan məsələ adlandıraraq, söyləyiblər: Ölkədə məşğulluğun durumu elə olmalıdır ki, insanlar istehsalda investisiyaya təşviq olsunlar və istehsal xərclərinin artmasının qarşısı alınsın.

Həzrət Ayətullahuluzma Xamenei 1400-cü ili seçkilərin qarşıdan gəlməsinə, həmçinin istehsal sıçrayışının çiçəklənməsi üçün münasib zəminin mövcud olmasına görə, həssas və mühüm bir il adlandırıb və belə söyləyiblər: 1400-cü il xordad seçkiləri və yeni müdiriyyətlərin və ehtimal üzrə güclü stimullar və yeni nəfəslə hakimiyyətə gəlməsi bu ili ökənin gələcəyində son dərəcə mühüm, həssas və təsiredici edibdir.

İslam İnqilabının Böyük Rəhbəri sonra vurğulayıblar: İstər hazırkı, istərsə də gələcək dövlət/ istehsalı/ hərtərəfli qanuni, dövlət və hökumət himayələri ilə və onun qarşısındakı maneələri aradan qaldırmaqla ciddi-cəhd göstərməlidirlər ki, bu il, istehsal sıçrayışı əsl mənada həyata keçmiş olsun.

 
 
 
 
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: