IQNA

12:13 - March 21, 2021
Xəbər sayı: 3489485
Hindistanlı müsəlman kişi induist olan işçisinin qayğısına qalaraq dinlərarası harmoniya və şəfqət nümunəsi sərgiləyib.

Az.shafaqna.com “Times of India”-ya istinadən xəbər verir ki, hindistanlı müsəlman kişi induist olan işçisinin qayğısına qalaraq dinlərarası harmoniya və şəfqət nümunəsi sərgiləyib.

Belə ki, Tamilnad ştatının 23 yaşlı sakini Priyanka 45 yaşlı müsəlman Raca Məhəmmədin mağazasında 5 il satıcı işləyib.

Mağaza sahibi bu yaxınlarda atasını itirən işçisinə hər zaman valideyn qayğısı ilə yanaşıb və hətta onları yaşayış yeri ilə də təmin edib. Satıcı xanım təkbaşına anası və bacılarını saxlayıb və bacılarını öz hesabına ərə verib.

Priyankanın özünün ərə getmək vaxtı yetişdikdə isə Raca Məhəmməd deyib ki, o, onun üçün sadəcə satıcı deyil, həm də öz qızı kimidir, elə buna görə də Priyanka üçün layiqli əri o tapıb və toyu da elə o təşkil edib.

11 martda Priyanka yerli sakin Vicay Kumarla ailə həyatı qurub.

Bütün xərcləri Raca Məhəmməd öz üzərinə götürüb.

Teqlər: hindistan ، inudist ، tolerantlıq
Ad:
E-poçt:
* Comment:
* captcha: