IQNA

16:27 - March 26, 2021
Xəbər sayı: 3489509
Korolarodunun (ABŞ) ərəb və müsəlman icmalarının liderləri bu həftə Korolarodakı ərzaq mağazalarından birində törədilmiş 10 nəfərin kütləvi qətli ilə bağlı başsağlığı veriblər.

Korolarodunun (ABŞ) ərəb və müsəlman icmalarının liderləri bu həftə Korolarodakı ərzaq mağazalarından birində törədilmiş 10 nəfərin kütləvi qətli ilə bağlı başsağlığı veriblər.

Müsəlman icması həmçinin faciədə ölənlərin ailələri üçün pul toplanışı kampaniyasını da başladıb.

“Bizim ürəklərimiz ağrıyır. Biz bu dəhşətli cinayətin günahsız qurbanlarını xatırlamağa və onlar üçün kədərlənməyə davam edəcəyik”, – deyə Kolorado Müsəlmanlar Şurasının bəyanatında bildirilib.

Onlar canini tutduqlarına görə hüquq-mühafizə orqanlarına öz təşəkkürünü bildiriblər və qatilin ən sərt şəkildə cəzalandırılmasına dair çağırış ediblər.

Hazırda toplanılması məqsəd qoyulan 20 min dollardan artıq 15 min dolları toplanıb. /iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: