IQNA

Britaniyada məktəbdə İslam peyğəmbərinə (s) hörmətsizlik etirazlara səbəb oldu

16:46 - March 26, 2021
Xəbər sayı: 3489511
İngiltərənin şimalında yerləşən Betli şəhərindəki məktəbdə dərslərdən birində İslam Peyğəmbərinə (s) qarşı ehtiramsızlıq göstərilməsi ilə bağlı etiraz aksiyası keçirilib.

İngiltərənin şimalında yerləşən Betli şəhərindəki məktəbdə dərslərdən birində İslam Peyğəmbərinə (s) qarşı ehtiramsızlıq göstərilməsi ilə bağlı etiraz aksiyası keçirilib.

Aksiyada bir neçə yüz insan iştirak edib: həm məktəb şagirdləri, həm də onların valideynləri.

Onların sözlərinə görə, 22 martda dinşünaslıq dərsində adı açıqlanmayan müəllim şagirdlərə Fransa jurnalının çəkdiyi karikaturaları göstərib.

Müəllimin işdən qovulması tələbinin fonunda o, müvəqqəti olaraq dərslərdən kənarlaşdırılıb.

Məktəb rəhbərliyi karikaturaları “qətiyyən qeyri-məqbul adlandırıb”.

Böyük Britaniyanın Təhsil Nazirliyi isə, öz növbəsində, bəyan edib ki, “müəllimlərin ünvanına təhdid və qorxutmalar yolverilməzdir”, həmçinin valideynlər və məktəb rəhbərliyini yaranan problemləri dialoq yolu ilə həll etməyə səsləyib.

captcha