IQNA

7:30 - March 30, 2021
Xəbər sayı: 3489530
Aişə Rozali Böyük Britaniyada dinsiz ailədə anadan olub. Onun ən böyük arzusu isə aktrisa və ya rejissor olmaq idi, o, tələbəlik illərindən kinematoqrafiya sahəsində çalışırdı.

Böyük Britaniyadan olan xanım Türkiyəyə səfərindən sonra İslam dinini qəbul edərək müsəlman olub.

O, əvvəlki məqsədlərindən imtina edərək həyatını İslam dininə həsr etməyi qərara alıb.

Aişə Rozali Böyük Britaniyada dinsiz ailədə anadan olub. Onun ən böyük arzusu isə aktrisa və ya rejissor olmaq idi, o, tələbəlik illərindən kinematoqrafiya sahəsində çalışırdı.

O, bir çox filmdə rol alıb, bir sıra ssenarilər yazıb və hətta rejissor qismində film də çəkib. O, Los-Ancelesdə təhsil alıb və bir müddət Türkiyəyə yaşayıb.

22 yaşında müsəlman ölkəsinə etdiyi səfər isə onun həyatında dönüş nöqtəsi olub.

Türkiyəyə din axtarışı üçün gəlmədiyini deyən gənc müsəlman İstanbulda olarkən məscidlərdən birini ziyarət etmək qərarına gəlib. Qərbin anti-İslam, islamofob təbliğatlarına görə o, qorxurdu ki, məsciddə “ona qışqıracaqlar və ya onunla kobud rəftar edəcəklər”. Lakin onun üzləşdiyi mühit onu olduqca təsirləndirib.

“Mən məscidə daxil olanda insanlar namaz qılır və sadəcə dua edirdilər. Mən ibadət edənlərə tamaşa edirdim və məscidin daxilindəki gözəllik və aramlığa valeh oldum. Heç kəs mənə qışqırmırdı, heç kəs xətrimə dəymirdi”, – deyə o bildirib.

Onun sözlərinə görə, bundan sonra ciddi şəkildə İslam dinini araşdırmağa başlayıb, daha sonra isə artıq Böyük Britaniyada olarkən müsəlman olmaq qərarına gəlib.

O, aktrisa olmaq arzusundan imtina etdiyini qeyd edib.

“Azan səsi çox gözəldir”, – deyə gənc xanım bildirib.

Rozali hazırda İslam dinini qəbul edən insanlar barədə videolar hazırlayır. /Şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: