IQNA

Azərbaycanda dini icma rəhbərlərinin Ağdama səfəri başlayıb – Foto

13:34 - April 07, 2021
Xəbər sayı: 3489579
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Dini icma rəhbərlərindən ibarət heyət Ağdamdan öncə Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanını və Cümə məscidini ziyarət ediblər.

Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri başlayıb.

Az.shafaqna.com-un məlumatına görə, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edir.

Dini icma rəhbərləri Ağdamdan öncə Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanını və Cümə məscidini ziyarət ediblər.

Dini icma rəhbərlərinin Ağdama səfəri başlayıb (FOTO) - Gallery Image

captcha