IQNA

13:19 - April 11, 2021
Xəbər sayı: 3489600
Gürcüstan Müsəlmanları İdarəsi 10 apreldə Tbilisi şəhərində yerləşən “Alulbeyt Georgia” Təşkilatının konfrans və mərasim zalında “Orucun fərdi və ictimai həyatımızda yeri” adlı konfrans keçirib.

Tbilisidə Ramazan ayının gəlməsi münasibətilə konfrans keçirilibGürcüstan Müsəlmanları İdarəsi 10 apreldə Gürcüstanın Tbilisi şəhərində yerləşən “Alulbeyt Georgia” Təşkilatının konfrans və mərasim zalında “Orucun fərdi və ictimai həyatımızda yeri” adlı konfrans keçirib.

Tədbiri Qurani Kərimin tilavətilə BGMİ-nin elmi şurasının sədri Hacı Natiq Əliyev açıb.

Daha sonra “Ramazanın rəhmət ayı oluşu” mövzusunda Şeyx Ramin İgidov çıxış edib.
Daha sonra “Ramazan Quran ayıdır” mövzusunda Qərbi Gürcüstan Müftisi Adem Şantadze çıxış edib.
Türkiyənin Gürcüstandakı səfirliyinin dini məsələlər üzrə müşaviri Ahmed Erdem “Ramazan tərəzisində comərdlik və israf” mövzusunda danışıb.
Marneulinin baş axundu İmam Cümə, Hacı Əziz Nəbiyev “Oruc onu tutana nə qazandırır?” mövzusunda çıxış edib.
Azərbaycan səfirliyinin birinci katibi Anar Rəsulov da Mübarək Ramazan ayının ictimai faydalarına toxunub. Daha sonra İranın Gürcüstandakı “Əl Mustafa” Universitetinin nümayəndəsi Həsən Yusifzadə “Ramazanda zamanın dəyəri” mövzusunda danışıb. BGMİ tədbirin keçirilməsi üçün şərait yaradan “Alulbeyt Gürcüstan” təşkilatının rəhbəri Hacı Faiq Nəbiyevə təşəkkürünü bildirib. Sonda Tbilisi Cümə məscidinin imamı və BGMİ-nin elmi şurasının üzvü Şirxan Çobanov “Ramazanın fərdə və cəmiyyətə qazandırdıqları” mövzusunda fikirlərini bölüşüb. Sonda Hacı Faiq Nəbiyevə, Hacı Əziz Nəbiyevə, Ahmed Erdem və digərlərinə təltifnamələr təqdim olunub.
Ad:
E-poçt:
* Comment:
* captcha: