IQNA

Fransanın qərbində məscidə edilən hücum müsəlmanları hiddətləndirib

11:24 - April 12, 2021
Xəbər sayı: 3489604
Fransanın Renn şəhərində İbn Sina məscidinin divarlarında İslam dini əleyhinə təhqiredici sözlər yazılıb. Müsəlmanların etirazının ardınca ölkə rəsmiləri də bu addımı məhkum ediblər.

Tehran (IQNA) - Fransanın Renn şəhərində İbn Sina məscidinin divarlarında İslam dini əleyhinə təhqiredici sözlər yazılıb.
Müsəlmanların etirazının ardınca dövlət rəsmiləri də bu irqçi addımı məhkum ediblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Fransanın Daxili İşlər naziri Cerald Darmanin İbn Sina məscidində İslam əleyhinə təxribatı pisləyib və ölkənin bütün müsəlmanları ilə həmrəyliyini ifadə edib.  

“Renndə məscidin divarlarına İslam əleyhinə yazıların yazılması yolverilməz faktdır. Ölkənin bütün müsəlmanları ilə həmrəyəm", - Daxili İşlər naziri özünün Tvitterdəki səhifəsində yazıb.  

Darmanin, həmçinin bildirib ki, məscidə baş çəkməyi planlaşdırır.  

Renn şəhərinin meri Natali Apper də həmçinin müsəlman ictimaiyyətinə dəstək verdiyini söyləyib. Onun sözlərinə görə, Fransada belə hadisələr yolverilməzdir.  

Fransanın İslam Şurası (CFCM) və Fransanın Türk-Müsəlman Cəmiyyətlərinin Koordinasiya Komitəsi (CCMTF) də təxribatı qətiyyətlə pisləyib.  

Qeyd edək ki, bu, son günlər Fransada məscidlərə qarşı növbəti təxribatdır. Aprelin 9-da Nant şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıblar. Hadisə zamanı məscidə maddi ziyan vurulub, giriş qapısı tamamilə yanıb. Məscidin ətrafında içində benzin olan qablar tapılıb. /iqna

 
captcha