ABŞ-ın Minnesota ştatının Murhed şəhərindəki bir məscidə islamofob hücum baş verib.
Yerli mediadakı xəbərlərə görə, gecə saatlarında Murhed Farqo İslam Cəmiyyəti Mərkəzinə gələn bir şəxs məscidin şüşələrini sındıraraq, ətrafa ziyan verib.
Məscidin divarlarına və qapılarına sprey boya ilə İslam əleyhinə mətnlər yazan təcavüzkar məscidin girişində bir svastika çəkib.
Polis tərəfindən yayımlanan təhlükəsizlik kamerası görüntülərində təcavüzkarın şəxsiyyətini müəyyənləşdirə bilməmək üçün kamuflyaj gödəkçə və qaranlıq xizək maskası geyindiyi müşahidə olunub.
Murhed Bələdiyyə rəhbəri Şelli Karlson açıqlamasında Ramazan ayındakı bu hücumun qəbuledilməz olduğunu söyləyərək, "Murheddə nifrətə yer yoxdur. Biz müsəlman cəmiyyətin yanındayıq", - söyləyib.
Bu arada, Minnesota ABŞ-İslam Münasibətləri Şurası (CAIR) məscidə edilən hücumun nifrət cinayətinin bir hissəsi olaraq araşdırılmasını istəyib.
Hadisənin Murhed polis idarəsi və Farqo Federal Təhqiqat Bürosu (FTB) tərəfindən araşdırıldığı qeyd edilib. / iqna