“Brooklyn Nets” komandasında çıxış edən məşhur avstraliyalı və ABŞ-lı peşəkar basketbolçu Kayri İrvinq Ramazan ayında tutduğu oruc barədə danışıb.
O deyib ki, oruc tutmaq üçün gündəlik nizamına dəyişikliklər edib.
“Ramazan ayında mən bacı və qardaşlarım və digər müsəlmanlarla birlikdə oruc tuturam. Allah üçün olan bu ibadəti yerinə yetirirəm”, – deyə o qeyd edib.
Qeyd edək ki, İrvinq yenilikcə İslam dinini qəbul edib.
“Mən xoşbəxtəm ki, bu insanların cəmiyyətindəyəm və düzdün şeyləri edirəm. Bunun da bir hissəsi orucdur”, – deyə o qeyd.
İdmançı əlavə edib ki, oruc tutduğu üçün “xoşbəxt və minnətdardır”. /Şəfəqna