IQNA

İnduist xanım İslam dinini qəbul etməsi haqda danışdı

18:24 - April 30, 2021
Xəbər sayı: 3489722
“Mən müsəlmanların müsbət auralarını hiss edirdim. Onlar olduqca mehriban, dostcasına, səxavətli və ədəbli idilər”, – deyə o, uşaqlıq illərini xatırlayaraq bildirib.

BƏƏ sakini Vicay-Lakşmi deyir ki, hər dəfə Allah qarşısında səcdə edəndə bütün stress və mənfi emosiyaları yox olur.

İnduist dinindəki tanrılardan birinin adı ilə adlandırılan Vicay-Lakşmi Hindistanın çoxlu müsəlmanlar yaşayan Kerala ştatında böyüyüb.

Gənc xanımın sözlərinə görə, uşaq vaxtı müsəlman həmyaşıdları ilə dostluq edirdi və buna görə də İslam onun üçün yad bir din deyildi.

Mən müsəlmanların müsbət auralarını hiss edirdim. Onlar olduqca mehriban, dostcasına, səxavətli və ədəbli idilər”, – deyə o, uşaqlıq illərini xatırlayaraq bildirib.

İnsanlar düşünə bilərlər ki, mən toyumdan sonra İslam dinini qəbul etmişəm, amma, əgər düzünü desəm, mən hələ induist olarkən belə oruc tuturdum. Mən öz dostlar və qonşularımdam İslam barədə öyrənirdim”, – deyə o qeyd edib və əlavə edib ki, valideynləri də ona bu maraq və istəklərində mane olmayıblar.

2015-ci ildə Vicay-Lakşmi müsəlman kişiyə ərə gedib və həmin zaman üçün o, artıq İslam dinini dərk edərək qəbul edib.

Müsəlman olduqdan sonra isə o, “Fatimə” adını götürüb.

O, BƏƏ-də tibb sahəsində işləyir.

Teqlər: bƏƏ ، induist ، hindi ، İslam ، Vicay-Lakşmi
captcha