IQNA

Kadırovdan İsrailə xəbərdarlıq: Qüds üçün canımızdan da keçərik!

16:56 - May 10, 2021
Xəbər sayı: 3489778
Çeçenistan başçısı Ramzan Kadırov İsraildən Qüdsdə fələstinlilərə qarşı zorakılıqlara dərhal son qoymağı tələb edib və Əl-Əqsa məscidinə qəsdlərin pis nəticələrinin miqyasları barədə xəbərdarlıq edib.

O deyib ki, İsrail qüvvələrinin müqəddəs Ramazan ayında cümə günü Əl-Əqsa məscidində keçirdiyi əməliyyat “ən kəskin formadakı təxribatdır”.

Kadırov bildirib ki, “hər bir halda” müqəddəs Qüds şəhərindəki özbaşınalıqlara son qoyulacaq, çünki müsəlmanları Əl-Əqsa məscidinə qarşı sonsuz qəsdlərin və müsəlmanlara qarşı repressiyaların sonunu gözləməyəcəklər.

“Biz, müsəlmanlar, heç kəsə bizim müqəddəs məkanımızla zarafat etməyə imkan verməyəcəyik. Əgər lazım gələrsə, Əl-Əqsanı qorumaq üçün və dinimiz naminə canımıza da yazığımız gəlməyəcək”, – deyə o qeyd edib.

Kadırov sonda İsraili gec olmadan ağlını başına yığmağa, üzr istəməyə və münaqişənin yoluna qoyulması istiqamətində addım atmağa səsləyib. /Şəfəqna

captcha