IQNA

11:18 - May 18, 2021
Xəbər sayı: 3489846
Amerika Birləşmiş Ştatları Birləmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) terrorist və sionist İsrail rejiminin Fələstindəki cinayətləri ilə bağlı ortaq açıqlamasına veto qoyub.  

ABŞ BMT Təhlükəsizlik Şurasında İsrailin qınanmasına icazə vermədiAmerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının İsrail və Fələstin ilə bağlı ortaq açıqlamasına veto qoyub.  

Bildirilir ki, may ayı üzrə sədrlik edən Çin nümayəndəsinin təklifini Norveç və Tunis də dəstəkləyərək, ortaq açıqlama məsələsinin gündəmə gətiriblər.  

Təhlükəsizlik Şurasının vermək istədiyi açıqlamada İsrail və Fələstin arasındakı yüksələn gərginliyin azaldılması, İsrailin Qəzzaya hücumlarının qınanılması, mülki şəxslərin ölümü və fələstinli ailələrin evlərindən çıxarılmaları məsələlərinə toxunulacaqdı.  

Lakin ABŞ rəsmi nümayəndəsinin veto hüququndan istifadə edərək, açıqlamanın verilməsinin qarşısını aldığı qeyd olunur. /iqna

Teqlər: Fələstin ، bmt ، ، abş ، Qüds ، Qəzza
Ad:
E-poçt:
* Comment:
* captcha: