
ABŞ-ın Nümayəndələr Palatasının Demokrat üzvü İlhan Omar Qəzzaya hücumlardan az müddət əvvəl İsrail rejiminə 735 milyon dollarlıq silah satışını təsdiqləyən Cozef Bayden rəhbərliyinə reaksiya verib.
İlhan Omar İsrail rejimi üçün dəqiq idarəolunan raketlərin satışını təsdiqləyən Bayden rəhbərliyini tənqid edib: “Bayden rəhbərliyi üçün şiddətin artması və mülki vətəndaşlara qarşı hücumlardan sonra Netanyahuya qeyd-şərtsiz halda 735 milyon dollarlıq dəqiq idarəolunan silah satmasına icazə vermək şok olardı.
Bu satış təsdiqlənərsə, şiddətin davam etməsinə yaşıl işıq yandırılması və atəşkəs səylərinin dayandırılması mənasını verəcək”.
İ.Omar İsrail rejiminin dinc sakinlərə etdiyi hücumları gördükdən sonra, ABŞ rəhbərliyinin sözügedən silah satışına dair qərarını yenidən nəzərdən keçirməli olduğunu söyləyib.
“Vashinqton Post” qəzetinin verdiyi xəbərə görə, Bayden rəhbərliyi mayın 5-də 735 milyon dollarlıq Birgə Birbaşa Hücum Sursatları (JDAM) kimi bilinən, dəqiq idarə olunan raketlərin İsrail rejimi üçün satılmasını təsdiqləyib. / maide.az/