IQNA

10:56 - May 19, 2021
Xəbər sayı: 3489854
Sabah, Şəvval ayının 8-i, dörd imamın dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdılmasının ildönümüdür. Bu münasibətlə ŞƏFƏQNA informasiya portalının hazırladığı videonu təqdim edirik.

Təqribən 100 il əvvəl Şəvval ayının 8-də, Əbdüləziz bin Səudun rəhbərliyi ilə radikal sələfilərdən təşkil olunmuş silahlı dəstələr müqəddəs Mədinə şəhərini mühasirəyə alaraq talan ediblər.

Onlar bununla kifayətlənməyərək dörd imamın, yəni İmam Həsən (ə), İmam Zeynül-Abidin (ə), İmam Baqir (ə), İmam Sadiqin (ə və digər tanınmış səhabələrin məqbərələrinin yerləşdiyi Bəqi qəbiristanlığını buradakı qəbirlərin şirk və küfr olduğunu iddia edərək yerlə-yeksan ediblər.

Qeyd edək ki, Bəqi qəbiristanlığı ilk dəfə hicrətin 519-cu ilində xəlifə Müstənsir-Billah tərəfindən, sonra tarixi Qəznəvilər dövlətinin hökmdarı Sultan Mahmud Qəznəvi, daha sonra - XVIII əsrin sonlarında və nəhayət, Osmanlı xilafəti dövründə - XIX əsrin əvvəllərində yenidən tikilərək abadlaşdırılıb.

İmamların qəbirləri üzərində günbəz və məscidlərin tikilməsi isə hicrətin 495-ci ilinə təsadüf edir.

Bəqi qəbiristanlığında imamların məqbərələrinin radikal sələfilər tərəfindən dağıdılması tarixdə iki dəfə - miladi tarixi ilə 1800 və 1923-cü illərdə baş verib.

Hazırda bu qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan olunub.

 

Ad:
E-poçt:
* Comment:
* captcha: