İordan çayının qərb sahilindəki şəhərlər və 1948-ci il torpaqları sərhədində bu gün (18 may) səhər Qəzza və Qüdsdəki fələstinlilərə sadiq olduqlarını bildirmək üçün fələstinlilərin ümummilli tətili keçirilir.
İordan çayının qərb sahilində və 1948-ci ildə işğal olunmuş ərazilərdə ümummilli tətil səhərdən (çərşənbə axşamı) etibarən başlayıb və fələstinlilər Qüds və Qəzzaya dəstək vermək və sionist rejimin cinayətlərini qınamaq üçün bütün fəaliyyətlərini dayandırıblar.
Palestine Today-a görə, bütün həmkarlar ittifaqları, ticarət və təhsil fəaliyyətləri (özəl və dövlət qurumları daxil olmaqla), məktəblər, universitetlər, banklar və nəqliyyat vasitələri tətilə qatılıb. Kampaniya müqavimət qrupları liderlərinin dəvəti ilə “Dənizdən çaya zərbə” şüarı ilə başlayıb.
Yedioth Ahronoth qəzeti belə qeyd edir: “Avtobus sürücülərinin tətilinin 1948-ci ildə işğal olunmuş ərazilərdə böyük xaosa səbəb olacağı gözlənilir. İordan çayının qərb sahilindəki və 1948-ci il ərazilərindəki keçid məntəqələrində fələstinlilərlə İsrail rejimi qüvvələri arasında ağır döyüşlərin baş verməsi ehtimalı da var”.
Fələstin Muxtariyyətinin Nazirlər Şurası, Səhiyyə Nazirliyi və təcili yardım xidmətlərindən kənar bütün təşkilatlar da tətilə qatılmağa qərar verib.
Fələstinli Tvitter istifadəçiləri, Qəzza ilə həmrəylik mənasını verən “Solidarity_With_Gaza” və (Solidarity_With_Gaza) heşteqləri ilə bu çağırışı yayımlayaraq, İordan çayının qərb sahilindəki və 1948-ci il ərazilərinin sakinlərini bu vətəndaş itaətsizliyində maksimum iştiraka çağırıblar.
Fələstində ümummilli tətil on illər sonra reallaşıb və Fələstində on illərdir bu qədər geniş miqyaslı, koordinasiyalı bir aksiya keçirilməmişdi.
İsrail rejimi 9 gündür Qəzzaya qarşı amansız təcavüzlərini davam etdirir. Son məlumatlara görə Qəzzada indiyədək 61-i uşaq olmaqla 212 nəfər şəhid olub, 1400 nəfər də yaralanıb.