İşğalçı İsrailin son 11 gündə Qəzzaya endirdiyi hava və artileriya zərbələri nəticəsində şəhid olan fələstinlilərin sayı 231-ə çatıb.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az"a istinadla xəbər verir ki, təcavüzkar rejim qüvvələri ötən gecə və bu gün səhər havadan, artileriya və dənizdən Qəzzanın müxtəlif bölgələrinə raket və mərmi zərbələri endiriblər.
Ötən gecə verilən statistikaya görə indiyədək bu hücum nəticəsində Qəzzada 231 nəfər şəhid olub ki, onların 65-i uşaqdır.
Ötən gün ABŞ, HƏMAS və Misir mənbələri yaxın günlərdə atəşkəsin bərqərar olacağı ilə bağlı məlumat verib.