IQNA

6:56 - May 21, 2021
Xəbər sayı: 3489864
Sionist İsrail rejiminin təhlükəsizlik məsələləri üzərə Nazirlər Kabineti Qəzza zolağına hava və artreliya hücumlarının dayandırılması barədə qərar qəbul edərək HƏMAS-a atəşbəs elan edib.

Sionist İsrail rejiminin təhlükəsizlik məsələləri üzərə Nazirlər Kabineti Qəzza zolağına hava və artreliya hücumlarının dayandırılması barədə qərar qəbul edərək HƏMAS-a atəşbəs elan edib.

HƏMAS-dan media qrumlarına verilən məlumata görə, bu gecə (21 May 2021) saat 2:00-dan etibarən atəşbəsin icrasına başlanılıb. 
Qeyd edək ki, sionist yəhudlərin işğal etdiyi Fələstin torpaqlarında vəziyyət May ayının əvvəllərində və beynəlxalq Qüds günü hadisələrində pisləşib.

Şərqi Qüdsün Şeyx-Carrah rayonunda bir neçə fələstinli ailə ilə İsrailin polis əməkdaşları arasında baş verən toqquşmalar hərbi əməliyyatlarla nəticələnib.

Raket zərbələri, habelə digər hərbi əməliyyatlar nəticəsində İsrail tərəfdən 12 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

Fələstin isə İsrailin hava zərbələri nəticəsində ölənlərin sayının 231 nəfərə çatdığını, 1,7 min nəfərdən çox insanın yaralandığını açıqlayıb. Şəhid olanlar arasında 65 uşaq da var.

HƏMAS İslami Müqavimət Hərəkatı hadisələr başlaydan ötən günədək işğal edilmiş torpaqlara 3000 raket atıb. Bu raketlərin 1210 ədədi İsrailin dəmir qübbəsi tərəfindən zərərsizləşdirilib. /iqna

 

Teqlər: atəşbəs ، HƏMAS ، qəzza
Ad:
E-poçt:
* Comment:
* captcha: