IQNA

Samerra hərəminin Sahib Əz-Zaman (ə.f) səhninin işləri bitmək üzərədir

13:05 - May 27, 2021
Xəbər sayı: 3489919
İmam Əliyənnəqi və Həsən Əskərinin (ə) Samerra şəhərində yerləşən müqəddəs ziyarətgahının Sahib Əz-Zaman (ə.f) səhni layihəsindəki işlərin 85%-dən çoxunun tamamlandığı elan edilib.

İmam Əliyənnəqi və Həsən Əskərinin (ə) Samerra şəhərində yerləşən müqəddəs ziyarətgahının Sahib Əz-Zaman (ə.f) səhni layihəsindəki işlərin 85%-dən çoxunun tamamlandığı elan edilib.

Müqəddəs ziyarətgahın mühəndis-texniki şöbəsinin müdiri cənab Əhməd Davud Salman bu barədə açıqlama verib.

Əsgəreyn İmamlarının (ə) mütəhhər hərəminin baş katibi Şeyx Səttar Əl-Mürşidinin birbaşa rəhbərliyi altında müqəddəs ziyarətgaha gələn qonaqların, xüsusən milyonların ziyarəti dövründə rahatlığını təmin etmək üçün çalışmaq və müqəddəs ziyarətgahın hazırladığı inkişaf planları daxilində mühəndis-texniki xidmət şöbəsi Sahib Əz-Zaman (ə.f) səhni (7300 kvadrat metr sahəsi olan) layihəsinin 85%-dən çoxunu tamamlayıb.

İşin birinci mərhələsinə Müqərnəsdəki ərazinin plitələnməsi, bağların salınması və içməli su çeşmələri və sanitariya şəraitinin qurulması, ikinci mərhələdə isə oturacaq stulları, günəş kölgəlikləri, ümumi işıqlandırma sistemləri və digər tamamlayıcı işlər daxil idi.

Plan çərçivəsində hazırlanan mərhələlər bitdikdən sonra səhnin tezliklə açılacağına ümid edilir.

Bu səhn, əziz zəvvarlara xidmət etməyi hədəfləyən vacib layihələrdən biri hesab olunur. /al-askarian

captcha