Səudiyyə Ərəbistanın İslami İrşad, Təbliğ və Dini İşlər Nazirliyi ölkənin müxtəlif bölgələrində koronavirusa görə bağlanmış digər 17 məscidin fəaliyyətinin bərpa edilyini xəbər verib.
Səudiyyə Ərəbistanın müxtəlif bölgələrində ibadət məkanları və məscidlər həmin bölgələrdə koronavirusa yoluxmanın çoxalması səbəbi ilə bağlandıqdan sonra yoluxmanın azalmasının ardınca dezinfeksiya edildikdən sonra yenidən fəaliyyətə başlayır.
Son 112 gündə dezinfeksiya tədbirlərindən sonra açılan məscidlərin sayı 1419-a çatıb.
Səudiyyə Ərəbistanın İslami İrşad, Təbliğ və Dini İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, müxtəlif bölgələrdə məscidlərin bağlanması müvəqqətidir və namazqılanların sağlamlığını qorumaq üçün atılmış addımdır. Bu məscidlər dezinfeksiya edildikdən sonra yenidən fəaliyyətini bərpa edib. Riyazda 7, ölkənin şimal rayonlarında 4, Mədinədə 3, əş-Şərqiyyədə 2 və Cazanda 1 məscid sanitariya tədbirlərindən sonra fəaliyyətlərini bərpa ediblər. /iqna