IQNA

HƏMAS fələstinliləri Qəzəb Cüməsi keçirməyə çağırdı

6:03 - June 02, 2021
Xəbər sayı: 3489959
Fələstinin İslami Cihad və Müqavimət Hərəkatı olan HƏMAS ümumi bəyanat yayaraq fələstinliləri cari həftənin Cümə günü (3 İyun 2021) İordan çayının qərb sahilində işğala qarşı "Qəzəb günü" keçirməyə çağırıb. 

Fələstinin İslami Cihad və Müqavimət Hərəkatı olan HƏMAS fələstinliləri cari həftənin Cümə günü (3 İyun 2021) İordan çayının qərb sahilində işğala qarşı "Qəzəb günü" keçirməyə çağırıb. 

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəhab" informasiya portalına istinadla verdiyi xəbərə görə, bu barədə HƏMAS-ın rəsmi bürosu bəyanat yayıb.

“İordan çayının qərb sahilindəki qəsəbələrimizə və kəndlərimizə məskunlaşma hücumları ilə yanaşı, Məscidul-Əqsaya edilən hücum, xalqımız tərəfindən daha da böyük müqavimət və qarşıdurma ilə qarşılanacaq”, - deyə HƏMAS-ın bəyanatında bildirilir. 

Xatırladaq ki, Fələstin ərazilərində "Qəzəb günü"ndə İsrailin yürütdüyü siyasətə qarşı kütləvi mitinqlər və etirazlar təşkil edilir. /iqna

captcha