Livanın "Hizbullah" hərəkatının baş katibi müavini Şeyx Naim Qasim İmam Xomeyninin vəfatının ildönümü münasibətilə açıqlama verib.
O vurğulayıb ki, İmam Xomeyni İran İslam Respublikasında "Qüds briqadaları"nı təsis edərək reallıqda Qüds şəhərinin azad edilməsi üçün çox əhəmiyyətli iş görüb.
"İmam Xomeyni Fələstin üçün müqaviməti çətin vaxtda başlatdı. "Qüds briqadaları" amalına çatmaq üçün daima səy göstərir. Biz İsrail rejiminin dağılacağı günə də şahid olacağıq", - deyə Şeyx Naim Qasim diqqətə çatdırıb.
Şeyx Naim Qasim qeyd edib ki, İslam İnqilabı bütün bölgəni dəyişib. /eastnews