IQNA

Fələstinin Tehrandakı səfiri:
10:11 - June 04, 2021
Xəbər sayı: 3489982
İmam Xomeyninin (r.ə) və Ayətullah Xameneinin rəhbərlik etdiyi məktəb bais oldu ki, İslam İnqilabı Əqsa məscidində namaz qılacağımız günə qədər Fələstin xalqının uğurları və qələbəsində şərik olsun.

İyunun 3-də İran İslam İnqilabının banisi Həzrət Ayətullah Üzma İmam Seyyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibəti ilə "İslam İnqilabı və İmam Xomeyni Araşdırmalar Mərkəzi", "İmam Xomeyninin əsərlərinin qorunması və nəşri müəssisəsi", İmam Xomeyninin Anım Mərasimi Keçirilməsi Komitəsi və Beynəlxalq Quran Xəbər Agentliyi tərəfindən "İmam Xomeyni və müasir dünya" seminarı  keçirilib.

Fələstinin Tehrandakı səlahiyyətli səfiri Səlah əz-Zəvavi seminara videokonfransla qatılaraq çıxış edib.

Səlah əz-Zəvavi salam, təşəkkür və qədrdanlıqdan sonra deyib:

Biz bu gün əbədi bir rəhbəri anmaq üçün toplaşmışıq. Elə bir azadlıq rəhbəri, ilham bəxş edən bir şəxsiyyət, misilsiz şücaətə malik bir insan və imanlı bir kəs ki, bizə İslamın ilk illərindəki qəhrəmanları və cihad və şəhadət üçün yarışan müsəlmanları xatırladır. Elə bir şəxsiyyət ki, bu gün onun rəhbərliyi sayəsində bizim hənif dinimiz bütün dünyaya və bütün millətlərə çatacaq qədər inkişaf edib, dinimizin ədalət sədası, milli, ictimai və irqi boşluqlarla mübarizəsi bütün dünyaya əyan olub. Budur İmam Ruhullah Xomeyninin və onun inqilabi məktəbinin mahiyyəti.  

İmam Xomeyni (r.ə) Nəcəfdə sürgündə olduğu zaman da Fələstini dəstəklədi və dünya xalqlarından da istədi ki, müqəddəs Fələstin torpaqlarını sionist rejiminin qarşısında himayə etsinlər.

O, tarixi bir fətva ilə Fələstin mücahidlərinə xüms və zəkatın çatıdırılması hökmünü verdi.

İmam (r.ə) özü və onun mənəvi övladları həmişə cihad və şəhadət meydanında bizim yanımızda oldular və bu günədək bizə köməkdirlər və bizə hərbi dəstək göstərirlər. Onlardan bəziləri şəhid oldular. Və həmin şəhidlərin ailələri Fələstin Şəhidləri Fondu tərəfindən himayə olundular.

İmamın (r.ə) göstərişi ilə sionist rejimin səfirliyi qapadıldı və Amerikanın casusluq yuvası Fələstin səfirliyinə çevirildi.

Fələstindən İran mücahidləri üçün göndərilən silahlar sonradan İrandan Fələstinli mücahidlər üçün geri qaytarıldı, çünki İslam İnqilabından sonra İranın silaha ehtiyacı olmadı.

İmamın (r.ə) mənəvi övladları imamın (r.ə) "İran və Fələstin inqilabı bir inqilabdır" ifadəsini öz mücahidətləri ilə sübut etdilər.  

İmam Xomeyninin (r.ə) yaratdığı və Ali Məqamlı Rəhbər Ayətullah Xameneinin rəhbərlik etdiyi məktəb bais oldu ki, İran İslam İnqilabı Allahın izni ilə Əqsa məscidində namaz qılacağımız günə qədər Fələstin xalqının uğurları və qələbəsində şərik olsun.

Fələstinli səfir əlavə edib: İran İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyninin (r.ə) region üçün təklif etdiyi layihə qərb-sionizm layihəsinə qarşı idi. Çünki rəhmətlik imam elan etdilər ki, bu inqilabın iki hədəfi var: 1). İslam dünyasının vəhdəti. 2). Fələstinin azadlığı.

Və həmçinin o buyurdu ki, Fələstin azad olmayınca İran İslam İnqilabı və İranın müstəqilliyi naqisdir. Buna görə də mübarək Ramazan ayının son Cüməsini beynəlxalq Qüds günü elan etdi.

Allahın iradəsi ilə bu gün İslam İnqilabının rəhbərliyi İmam Xamenei kimi qüdrətli bir şəxsin əlindədir. O, imamın yolunu davam etdirir.

Allah imama rəhmət etsin, Ali Məqamlı Rəhbərə uzun və izzətli ömür versin. Allah imamın (r.ə) yadigarlarını qorusun. Allah bizə, İslam və Ərəb ümmətinə və dünya azadıqsevərlərinə qələbə nəsib etsin. / iqna

   

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: