IQNA

Azərbaycanın Gürcüstandakı səfiri və QMİ təmsilçisi Patriarxlıqda olublar

17:23 - June 05, 2021
Xəbər sayı: 3489988
Görüş zamanı Gürcüstan Patriarxlığının nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev tərəfindən səfirlikdə Gürcüstan Patriarxlığının nümayəndələri Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor, Patriarxlığın Xarici əlaqələr şöbəsinin rəhbəri, mitropolit Gerasim və Tbilisi Ruhani Akademiyasının rektoru, protopresviter Georgi ilə görüş keçirilib.

Az.shafaqna.com-a  bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat verib.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev də iştirak edib.

Görüş zamanı Gürcüstan Patriarxlığının nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, söhbət əsnasında xalqlarımız arasında tarixən formalaşmış mehriban qonşuluq, qardaşlıq münasibətləri xüsusi vurğulanmış, Gürcüstan Patriarxlığının nümayəndə heyətinin Azərbaycana planlaşdırılan səfərinin bu münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi olması qeyd edilib.

Teqlər: azərbaycan ، gürcüstan ، qmİ
captcha