IQNA

10:59 - June 14, 2021
Xəbər sayı: 3490058
İraqın Kazimeyn şəhərinin ictimai fəalları və din alimlərindən bir qrupu keçən həftənin Şənbə günü (12 İyun 2021) Bağdadın Əzəmiyyə rayonunda əhli-sünnə qardaşlarını ziyarət ediblər.

İraqın Kazimeyn şəhərinin ictimai fəalları və din alimlərindən bir qrupu keçən həftənin Şənbə günü (12 İyun 2021) Bağdadın Əzəmiyyə rayonunda əhli-sünnə qardaşlarını ziyarət ediblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ninanews"a istinadla verdiyi xəbərə görə, sünni və şiə fəallar imperialist güclər tərəfindən məzhəblər arasında yaradılan təfriqə və ayrıseçkilik fitnəsini yatızdırmaq və terrorizmlə mübarizə üçün Əbu Hənifə məscidində vəhdət namazı qılıblar.

Bağdadın bu iki məşhur bölgəsi, yəni şiələrin yaşadığı Kazimiyyə və əhli-sünnənin yaşadığı Əəzəmiyyə rayonları həmişə siyasi məsələlərə görə fitnəçi qrupların diqqət mərkəzində olub. Böyük xurma bağları ilə əhatə edilmiş bu rayon İŞİD-in İraqa hücum etdiyi illər ərzində terroruçu ünsürlərin gizləndiyi məkanlardan biri olmuşdur.

Səddamın dönəmində "bəəs" ünsürləri və müasir dövrdə də İŞİD ünsürləri və təkfirçi qruplaşmalar daima bu iki bölgədə fitnə alovunu qaldırmaq və iki məzhəb arasında savaş çıxarmağa çalışıblar.

Buna görə də iki bölgənin ictimai aktivistləri və din alimləri bir-birlərini ziyarət edərək məzhəblər arasında vəhdət və sülh yaratmağa çalışırlar ki, düşmənlər fitnə şöləsini alovlandıraraq müsəlmanları bir-birinin canına sala bilməsinlər.

Qeyd edək ki, Əəzəmiyyə rayonunu Bağdadın ər-Rəsafə bölgəsində Dəclə çayının şərq hissəsində yerləşir. Əhli-Sünnənin məşhur fəqih və imamı və "Hənəfiyyə" məzhəbinin banisi Əbu Hənifə Nöman ibn Sabitin məzarı buradadır.

Kazimeyn isə Dəclə çayının şərqində və əl-Kərx bölgəsində yerləşir. Burada şiələrin yeddinci imamı Həzrət Musayi-Kazim (ə) və doqquzuncu imamı Həzrət Məhəmmədtəqi (ə) dəfn ediliblər. / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: