IQNA

11:55 - June 14, 2021
Xəbər sayı: 3490060
Qurani-Kərim Qaraxanlılar dövrünə aid və qədim türkcəyə tərcümə olunmuş ən birinci tərcüməsi Qazaxıstanın cənbunda yerləşən Türküstan şəhərində yenidə çap və nəşr edilib.

Qurani-Kərim Qaraxanlılar dövrünə aid və qədim türkcəyə tərcümə olunmuş ən birinci tərcüməsi Qazaxıstanın cənbunda yerləşən Türküstan şəhərində yenidə çap və nəşr edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "aa"ya istinadla verdiyi xəbərə görə, Qurani-Kərimin ən qədim türkcəyə tərcümə edilmiş bu nüsxəsi İstanbulun "İslam-Türk İncəsənəti Muzeyi"ndə saxlanıldığı üçün əlyazma nüsxə araşdırmaçıları arasında "İstanbul nüsxəsi" adı ilə tanınır.

Bu Quran nüsxəsi miladın 12-ci əsrində bir qrup türk alimlər tərəfindən qədim türkcəyə tərcümə edilmişdir.

Yeni çapın təqdimat mərasimi Qazaxıstanın Türkiyə Beynəlxalq Elmlər Akademiyası, Əhməd Yəvəsi Univesiteti və Türküstan Beynəlxalq Universitetinin həmkarlığı ilə təşkil edilən "Türküstan; Türk dünyasının mənəvi paytaxtı" adlı konfransda keçirilib.

Konfransda Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və Qazaxıstanın milli lideri NurSultan Nazarbayovun yeni nəşrə yazdıqları müqəddimə qiraət edilib.  

Bu Quranın bir nüsxəsi Türkistanın Əhməd Yəsəvi muzeyində saxlanılacaq və nüsxənin tanıtdırılması və təqdimatı üçün müxtəlif konfranslar təşkil ediləcək. /iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: