IQNA

Fələstinli liderlərdən biri azadlığa çıxdı

16:20 - June 21, 2021
Xəbər sayı: 3490109
"Fələstin 1948 İslam Hərəkatı" sədr müavini Şeyx Kamal əl-Xətib azadlığa çıxıb. Bu barədə İsrail rejimi məhkəməsi qərar qəbul edib.

Eastnews.org-un verdiyi xəbərə görə, "Fələstin 1948 İslam Hərəkatı" sədr müavini Şeyx Kamal əl-Xətib azadlığa çıxıb.  

Bu barədə İsrail rejimi məhkəməsi qərar qəbul edib.  

Şeyx Kamal əl-Xətibin sosial şəbəkələrdə açıqlama verməməsi, yaşadığı Kefir Kanna bölgəsinə 45 gün ərzində getməməsi və 15 nəfərdən çox məclislərə qatılmaması şərti ilə Şeyx Kamal əl-Xətibin azadlığa buraxıldığı diqqətə çatdırılıb.   Şeyx Kamal əl-Xətib hadisə ilə bağlı hələki mövqeyini açıqlamayıb.

Mənbə: Palinfo 

captcha