IQNA

Almaniyada HƏMAS-ın simvol və bayrağından istifadə qadağan edildi

17:54 - June 26, 2021
Xəbər sayı: 3490154
Almaniya dövləti ən yeni utancverici rəsmi bir qərarla Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) bayraq və simvolundan istifadə edilməsini qadağan etdi.

Almaniya dövləti ən yeni utancverici rəsmi bir qərarla Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) bayraq və simvolundan istifadə edilməsini qadağan etdi.

Almaniya federal dövlətinin Xrsitian Birliyi Partiyaları (CDU / CSU) və Sosial Demokrat Partiyasının (SPD) parlamentdəki koalisiyası İslami Müqavimət Hərəkatının (HƏMAS) əleyhinə bəzu məhdudlaşdırıcı qərarlar elan ediblər.  

Federal dövlətin əsas qanunlarının 86-cı maddəsinə əlavə edilən dəyişikliklərdə Almaniya torpağında HƏMAS-ın simvolu və bayrağından istifadə edilməsi qəti şəkildə qadağan edilib.

Qeyd edək ki, işğal edilmiş Fələstin torpaqlarında son aylarda baş verən hadisələr zamanı Almaniyada keçirilən etiraz aksiyalarında HƏMAS-ın simvol və bayrağından geniş istifadə edilirdi. Belə bir vaxtda Almaniyanın bu addımı atması birmənalı qarşılanmayıb. / iqna

captcha