IQNA

Afrikalı tələbələr Həzrət Abbas (ə) hərəminin Quran kursunda - FOTO

19:17 - June 30, 2021
Xəbər sayı: 3490182
İraqın Kərbəla şəhərində yerləşən Həzrət Əbulfəzl Abbas (ə) ziyarətgahının Quran Təlimi Mərkəzi afrikalı tələbələr üçün qiraət fənlərini öyrətmək hədəfi ilə Quran kursları təşkil edib.

İraqın Kərbəla şəhərində yerləşən Həzrət Əbulfəzl Abbas (ə) ziyarətgahının Quran Təlimi Mərkəzi afrikalı tələbələr üçün Quran kursları təşkil edib.

Afrika Dini Araşdırmalar Mərkəzinin həmkarlığı ilə təşkil edilən bu Quran kusrlarında İraqda dini təhsil alan afrikalı tələbələr iştirak edirlər.

"İmam Həsən Müctəba (ə)" adına keçirilən bu Quran kurslarında dini elmlər oxuyan tələbələrin Qurani-Kərimi qiraət etmələri təshih edilir və təkmilləşdirilir və həmçinin onlara qiraət fənləri və təcvid əsasları öyrədilir.

Afrikalı dini təhsill alan tələbələr ikinci dəfədir ki, bu kurslarda iştirak edirlər.

Quran kusrlarında Afrikanın müxtəlif ölkələrindən 30-dan çox tələbə iştirak edir.

Həzrət Abbas (ə) hərəmində keçirilən bu kurslar iki ay davam edir. / iqna

 
 
 
captcha