IQNA

"İmam Rzaya (ə) ünvanlanmış ürək sözləri" adlı ilk beynəlxalq festival keçiriləcək

11:05 - July 01, 2021
Xəbər sayı: 3490183
İran İslam Respublikasının İmam Rza (ə) Beynəlxalq Mədəniyyət Fondu "İmam Rzaya (ə) ünvanlanmış ürək sözləri" adlı ilk beynəlxalq festivalın keçirilməsi üçün çağırış edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İran İslam Respublikasının İmam Rza (ə) Beynəlxalq Mədəniyyət Fondu "İmam Rzaya (ə) ünvanlanmış ürək sözləri" adlı ilk beynəlxalq festivalın keçirilməsi üçün çağırış edib.

Festivalın keçirilməsi üçün İran İslam Respublikasının İslami Mədəniyyət və Əlaqələr Təşkilatı və İran İslam Respublikasının xarici ölkələrdəki Mədəniyyət Əlaqələri Mərkəzləri festivalın yerli dillərdə keçirilməsi üçün "İmam Rza (ə) Beynəlxalq Mədəniyyət Fondu" ilə həmkarlıq edəcəklər.

Festivalın əsas mövzusu "İmam Rzaya (ə) ünvanlanan ürək sözləri"dir və festivalda iştirak edənlər öz əsərlərini "İmam Rza (ə) ilə söhbət" və "İmam Rzanı (ə) ziyarət etmək arzusu" formatında aşağıda göstərilən internet adresinə göndərməlidirlər.

Festival virtual keçiriləcək. Buna görə də əsərlər mobil telefon vasitəsi ilə MP4 formatlı video şəkilində hazırlanmalıdır. Videonun müddəti 3 dəqiqədən və 20 mb-dən çox olmamalıdır. Mobil telefon üfüqü şəkildə tutulmalı və ürək sözlərini deyən kameranın qarşısında dayanmalıdır.

Hazırlanmış əsər qarşıdakı link (http://portal.shamstoos.ir/en/intl) vasitəsi ilə İyul ayının 22-dək internetə yüklənməlidir.

Festivalın yekun mərasimi İran İslam Respublikasının xarici ölkələrdəki Mədəniyyət Əlaqələri Mərkəzləri tərəfindən elan ediləcək. Qaliblərə İmam Rza (ə) mövzusunda nəfis hədiyyələr veriləcək. / iqna

Ad:
E-poçt:
* Comment:
captcha