IQNA

"İslami vergi sistemi qanunu" kitabının təqdimat mərasimi keçirilib

13:26 - July 03, 2021
Xəbər sayı: 3490199
İran İslam Respublikasının "Fəqahət, Mədəniyyət və Sivilizasiya Müəssisəsi" tərəfindən çap və nəşr edilən "İslami Vergi Sistemi Qanunu" kitabının təqdimat mərasimi keçirilib.

İran İslam Respublikasının "Fəqahət, Mədəniyyət və Sivilizasiya Müəssisəsi" tərəfindən çap və nəşr edilən "İslami Vergi Sistemi Qanunu" kitabının təqdimat mərasimi keçirilib.

İranın "Vergi Günü" münasibəti ilə təqdimat mərasimi keçiriləcək bu qiymətli kitab "Fəqahət, Mədəniyyət və Sivilizasiya Müəssisəsi"nin bir qrup ustadı tərəfindən təlif edilib.

Kitabın təqdimat mərasimi 2021-ci ilin İyul ayının 7-də (16 Tir) keçiriləcək. Mərasimdə "İqtisadi Fiqhin Tətbiqi Təhsil və Tədqiqat İnstitutu"nun (Təyyibat Müəssisəsi) direktoru Höccətül-İslam vəl-müslimin Cavad İbadi, İqtisadiyyat və Maliyyə Nazirliyinin Əyalət İşləri baş direktoru Səid Tütünçü Məliki və "Fəqahət, Mədəniyyət və Sivilizasiya Müəssisəsi"nin məsulu Höccətül-İslam vəl-Müslimin Məhəmmədtəqi Əkbərnəjad çıxış edəcəklər.

Təqtimat mərasimi İyul ayının 7-də, yerli vaxtla saat 16:30-da instagram üzərində canlı yayımda keçiriləcək. /iqna

Ad:
E-poçt:
* Comment:
* :