IQNA

19:03 - July 06, 2021
Xəbər sayı: 3490225
Yenilənmiş qanuna əsasən, ictimai yerlərdə hicab və digər dini libasların geyilməsi qadağası ləğv edilir, həmçinin dini təşkilatların qeydiyyatı da sadələşdirilir.

Özbəkistan prezidenti Şövkət Mirziyoyev yenilənmiş “Vicdan və dini təşkilatların azadlıqlarına dair” qanuna imza atıb.

Yenilənmiş qanuna əsasən, ictimai yerlərdə hicab və digər dini libasların geyilməsi qadağası ləğv edilir, həmçinin dini təşkilatların qeydiyyatı da sadələşdirilir.

Rəsmi mənbələrə əsasən, qanunun məqsədi dinlə bağlı bir sıra məsələlərin, o cümlədən də vicdan azadlığı zəmanətinin möhkəmlədilməsindən ibarətdir. /iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: