IQNA

11:59 - July 07, 2021
Xəbər sayı: 3490233

Moskvanın ən qədim İslami binası: "Moskva Köhnə Came Məscidi" | Foto

18-ci əsrin 70-ci illərdə Moskvada taun xəstəliyi yayılan zaman xeyli sayda müsəlman, o cümlədən məscidin yerləşdiyi torpağın sahibləri öldülər və "Köhnə Came" adlanan bu məscid bağlandı.

Moskvanın ən qədim İslami binası:

Rusiyanın federasiyasının paytaxtı Moskva şəhərinin tatarlar yaşadığı məhəlləsində bu ölkənin ən qədim məscidi yerləşir.

"Köhnə Məscid" adlanan bu ibadət ocağı 1712-ci ildə tikilib. Əlbəttə bəzi tarixi araşdırmaçılar Moskvada ilk məscidin 16-cı əsrdə və ya daha öncə tikildiyini qeyd edirlər. Çünki Monqollar Moskvanı 13-cü əsrdə işğal etmişdilər və onların işğalı ilə İslam dini bu şəhərdə yayılmışdı.

"Köhnə Came" adlanan bu məscid taxtadan tikilib. 18-ci əsrin 70-ci illərdə Moskvada taun xəstəliyi yayılan zaman xeyli sayda müsəlman, o cümlədən məscidin yerləşdiyi torpağın sahibləri öldülər və məscid bağlandı.

Bəzi rəvayətlərə görə, Tatarlar məhəlləsində yerləşən bu məscid göstərilən tarixdən daha öncə burada tikilib və Moskva 1812-ci ildə Napeleon tərəfindən işğal edildikdə məscid yandırılıb.

Məscidin hazırkı binası Nəzar Bəy Xaçalovun hədiyyə etdiyi torpaq sahəsində 1823-cü ildə bir qrup müsəlman tərəfindən yenidən təmir və bərpa edilib.

Məscid əvvəlcə sadə bina formasında və bir minarəli tikilmişdi. 1881-ci ildə Rusiya çarı II Aleksandırın (1855-1881) icazəsi ilə məscidin ərazisi genişləndirilib və məscidə günbəz əlavə edilib.

20-ci əsrin əvvələrində Moskvada 10 min müsəlman yaşayırdı və bu məscid 1904-cü ilədək Came Məscidi adlanırdı.

1915-ci ildə məscidin yanında bir mədrəsə də tikilərək məscidə birləşdirildi.

Bu məscid 1923-1925-ci illərdə tatar dini alim Musa Carullabeyov tərəfindən idarə edilirdi.          

Kommunistlər 1963-cü ildə məscidin camaat imamı Şeyx Abdullah Şəmsuddinovu həbs və edam edirlər.

1937-ci ildə isə məscid bağlanır, əvvəl çayxanaya, sonra isə Mədəni Müdafiə Qərargahı binasına çevirilir. Daha sonra əsgərlər üçün kitabxana kimi istifadə edilir.

Məscidin günbəz və minarəsi 1967-ci ildə dağıdılır.

1991-ci ildə Moskva müsəlmanları qədim məscidi yenidən alır, təmir və bərpa edirlər. 1993-cü ildə məscid yenidən müsəlmanların istifadəsinə verilir.

Bu gün məscidə Rusiya Müsəlmanları Dini İdarəsi nəzarət edir.

Rusiya müsəlmanları bu məscidə xüsusi önəm verir və məscidi özlərinin tarixinin bir hissəsi hesab edirlər. / iqna

 
 

 

captcha