IQNA

FOTO | Nəsirul-Mülk məscidində birbaşa yayımda rəssamlıq

16:33 - July 10, 2021
Xəbər sayı: 3490248
Bu məscid 1294-1305-ci hicri-qəməri illərində, Mirza Həsən Əlixan Nəsirul-Mülkün göstərişi ilə Şirazın Şah Çırağ məscidinin yaxınlığında qədimdə "İshaq Bəy məhəlləsi" adlanan yerdə tikilib.

"Məhəmməd (s); Rəhmət Peyğəmbəri (s) ədəbiyyat və incəsənət güzgüsündə" ümumdünya konqresi çərçivəsində məşhur iranlı rəssam Həsən Ruhul-Əmin qədim mədəniyyətlər beşiyi olan Şiraz şəhərinin Nəsirul-Mülk məscidində üzərində işlədiyi rəsm əsərinin rəssamlığını canlı yayımda icra edib.

Şirazın Nəsirul-Mülk məscidi həm də "Çəhrayı Məscid" adı ilə məşhurdur.

İranın qədim məscidlərdən biri olan bu məscid Qacar şahları dövründə, 1294-1305-ci hicri-qəməri illərində, Mirza Həsən Əlixan Nəsirul-Mülkün göstərişi ilə Şirazın Şah Çırağ məscidinin yaxınlığında qədimdə "İshaq Bəy məhəlləsi" (digər adı "Şeyx Qapısı" və "Gud Ürban" olub) adlanan yerdə tikilib. /iqna

 
 

 

Ad:
E-poçt:
* Comment:
captcha