IQNA

Rusiyada "İslami irfanın meydanı çıxması" vebinarı keçiriləcək

22:49 - July 13, 2021
Xəbər sayı: 3490276
Sabah, həftənin Çərşənbə Axşamı günü, 14 İyul 2021-ci il, Rusiyanın İbn Sina adına İslami Araşdırmalar Mərkəzində "İslami irfanın meydanı çıxması və onun qızıl əsri" vebinarı keçiriləcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  sabah, həftənin Çərşənbə Axşamı günü, 14 İyul 2021-ci il, Rusiyanın İbn Sina adına İslami Araşdırmalar Mərkəzində "İslami irfanın meydanı çıxması və onun qızıl əsri" vebinarı keçiriləcək.

Müəllim və tələbələrin iştirakı ilə keçiriləcək vebinarda Amerikanın Mişiqan universitetinin elmi heyətinin üzvü və Rusiyanın Sankt-Peterburq universitetinin ustadı Prof. Aleksandr Keniş çıxış edəcək.

Vebinarda İslami irfanın mənşəyi, yaranma tarixi və inkişaf və intibah dövrü araşdırılacaq, irfanın peyğəmbər və xəlifələr dövründə irfanın mövcudluğu barədə bəhs olunacaq, irfan barədə təfsir alimləri, ilahiyyatçı və filosofların görüşləri müzakirə ediləcək, irfan ilə şiəlik arasındakı əlaqələr izah ediləcək, irfani təriqətlərdən və sufi firqələrindən danışılacaq və irfan şeir, hədis, Quran və İslam şəriəti baxımından incələnəcək.

Qeyd edək ki, vebinar İyul ayının 14-də, yerli vaxtla (Moskva) saat 17:00-da başlayacaq. / iqna

Teqlər: irfan ، sufilik ، təriqət ، mərifət ، həqiqət
Ad:
E-poçt:
* Comment:
captcha