IQNA

20:06 - July 17, 2021
Xəbər sayı: 3490311
"Ulul-Qibləteyin" Quran yarışlarının yekun mərasimi ölkənin vəzifəli şəxslərinin və HİZBULLAH-ın icra şurasının rəisi Seyid Haşim Səfinin iştirakı ilə Livanın paytaxtı Beyrut şəhərində keçirilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  ötən gün, həftənin Cümə günü, 16 İyul 2021-ci il, Livanın "Maarifləndirmə və İrşad" Quran Birliyinin təşəbbüsü və "İslami Mədəi Maarif Təşkilatının həmkarlığı ilə "Qurani-Kərimin təcvidi" mövzusunda keçirilən beynəlxalq Quran yarışları öz işini başa vurub.

"Ulul-Qibləteyin" Quran yarışlarının yekun mərasimi ölkənin vəzifəli şəxslərinin, dövlət rəsmilərinin və HİZBULLAH-ın icra şurasının rəisi Seyid Haşim Səfinin iştirakı ilə Livanın paytaxtı Beyrut şəhərində keçirilib.

Dünyanın 40 ölkəsindən, o cümlədən Misr, Pakistan, İraq, İran, Livan, Yəmən, Əfqanıstan və sair ölkələrdən 322 nəfər Quran qarisinin iştirak etdiyi yarışlar İyul ayının 8-də balamışdı. Onlarda 10 nəfəri qalib elan edilib.  /iqna

 
Ad:
E-poçt:
* Comment:
* captcha: