IQNA

Kufə məscidində Hani ibni Urvənin (ə) şəhadəti anıldı - Foto

0:03 - July 18, 2021
Xəbər sayı: 3490312
Müqəddəs Kufə məscidində İmam Muhəmməd Əl-Baqir (ə), Müslim bin Əqilin (ə) və böyük səhabə Hani ibni Ürvənin (ə) şəhadətini anmaq üçün üç gün müddətində matəm məclislərinin keçirilməsinə başlanılıb.

Müqəddəs Kufə məscidində İmam Muhəmməd Əl-Baqir (ə), Müslim bin Əqilin (ə) və böyük səhabə Hani ibni Ürvənin (ə) şəhadətini anmaq üçün üç gün müddətində matəm məclislərinin keçirilməsinə başlanılıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "masjed-alkufa"-ya istinadən xəbər verir ki, iyulun 16-sı axşam namazından sonra keçirilən hüzn məclisi qari Seyid Məhəmməd Əl-Səbrinin Qurani-Kərimdən ayələrin oxuması ilə başlayıb.

Daha sonra xətib Şeyx Zaman Əl-Həsnəvi böyük səhabə Hani ibni Ürvənin (ə) həyatından və İmam Hüseyni (ə) və Kufə şəhərindəki etibarlı elçisi, əmisi oğlu Müslüm ibni Əqili dəstəkləyən rolundan danışıb.

Sonra Əhli-Beyt (ə) zakiri Kərrar Əbu Ğənim minbərə qalxıb və müsibətli şəhadəti zikr edən rözə və mərsiyələr oxuyub.

Müqəddəs Kufə məscidinin həyətində təşkil olunan hüzn məclisi, sağlamlıq təlimatlarına riayət olunma ilə keçirilib. /masjed-alkufa / deyerler.org

captcha