IQNA

11 Ərəb ölkəsində Qurban baryamı namazı qılındı, 4 ölkədə qadağan edildi

9:55 - July 20, 2021
Xəbər sayı: 3490339
Bayram namazı Mavritaniya, Mərakeş, Oman və Tunisdə qadağan edilib, Misr, Ərəbistan, Səudiyyə, Küveyt, Qətər, BƏƏ, Cibuti, Fələstin, İordaniya, Liviya və Bəhreyində qaydalarına riayət edilərək qılınıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurban bayramı namazı 11 Ərəb ölkəsində koronavirus tədbirlərinə riayət etmək şərti altında qılınıb.

Digər 4 Ərəb ölkəsində isə xəstə sayının çoxluğuna görə bayram tədbirlərinin keçirilməsi tamamilə qadağan edilib.

Bayram namazı Mavritaniya, Mərakeş, Oman və Tunisdə qadağan edilib, Misr, Ərəbistan, Səudiyyə, Küveyt, Qətər, BƏƏ, Cibuti, Fələstin, İordaniya, Liviya və Bəhreyində pandemiya protokollarına riayət edilərək qılınıb.

Misrdə Qurban bayramı namazına uşaqların aparılması qadağan edilib.

Qətərdə bayram namazı ölkənin 900-dən çox Cümə məscidində, İordaniya isə paytaxtın 4 əsas məscidində və ölkənin digər 1019 məscidində qılınıb.

BƏƏ bayram namazı qılınmasına icazə versə də bunu 15 dəqiqə vaxt verməklə və namazqılanların dərhal dağılışması şərti ilə məhdudlaşdırıb.

Bəhreyində isə baryam namazı təkcə Fateh məscidində məhdud sayda adamla həyata keçirilib.  

Qeyd edək ki, Mavritaniya, Əlcəzayir və Qəmər Adalarında Qurban bayramı sabah, həftənin Çərşənbə Axşamı günü, 21 İyul 2021-ci il, qılınacaq. / iqna

Ad:
E-poçt:
* Comment:
* :