IQNA

Olimpiyanın açılışında Britaniyanın bayrağını müsəlman idmançı daşıyacaq

14:59 - July 23, 2021
Xəbər sayı: 3490355
“Mən artıq medal qazanmışam, bağlanış mərasimində olmuşam, lakin indi açılış mərasimində və Hanna ilə birlikdə komandanın başında olacağam. Bu, unudulmaz hadisə olacaq”, – deyə müsəlman idmançı bildirib.

Tokiodakı Olimpiya Oyunlarının açılış mərasimində Böyük Britaniya bayrağını tarixdə ilk dəfə olaraq müsəlman idmançı daşıyacaq.

Akademik avarçəkmə çempionu Məhəmməd Sbihi yelkənli idman çempionu Hanna Mills ilə birlikdə Böyük Britaniya bayrağını daşıyacaq.

“Mən artıq medal qazanmışam, bağlanış mərasimində olmuşam, lakin indi açılış mərasimində və Hanna ilə birlikdə komandanın başında olacağam. Bu, unudulmaz hadisə olacaq”, – deyə müsəlman idmançı bildirib.

Qeyd edək ki, Məhəmməd Sbihi Böyük Britaniyanın akademik avarçəkmə üzrə Olimpiya Yığmasına daxil olan və Rio Olimpiya Oyunlarında qızıl medal qazanmış ilk müsəlmandır. O, namaz qılan və oruc tutan bir müsəlmandır. /iqna

captcha