IQNA

Amerikada 2021-ci ilin ilk yarısında 500 islamofobik hadisə qeydə alınıb

9:36 - July 24, 2021
Xəbər sayı: 3490357
CAIR və ABŞ Müsəlmanlarının Mədəni Hüquqları Müdafiəsi Təşkilatının birgə verdiyi hesabatda deyilir ki, 2021-ci ilin ilk yarısında bu ölkədə 500-dən çox İslamofobiya hadisəsi qeydə alınıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Amerika - İslam Əlaqələri Şurasının (CAIR) və ABŞ Müsəlmanlarının Mədəni Hüquqları Müdafiəsi Təşkilatının birgə verdiyi hesabatda deyilir ki, 2021-ci ilin ilk yarısında bu ölkədə 500-dən çox İslamofobiya hadisəsi qeydə alınıb.

Hesabatda deyilir ki, bu məsələ müsəlmanların islamofobiya barədə nigarançılıqlarınə hər gün artırır.

Amerikada İslamofobiya məsələsi sionist İsrail rejiminin Qəzzaya hücumları və Fələstinlilərin Beytul-Müqəddəsdə etiraz aksiyaları zamanı özünü daha qabarıq göstərib. Həmin günlərdə Amerikada yaşayan müsəlmanlarının ibadət ocaqlarına hücumlar artıb.

2021-ci ilin Yanvar ayında La Gurardia məktəbində müsəlman şagirə müəllimi terrorist dedi və hadisəyə səbəb oldu, Aperl ayının 24-də Minnasutada məscidin divarına irqçi şüarlar yazılıb, onan iki həftə sonra Darul-Hicrət İslam Mərkəzinə bıçaqlı hücum edilib, May ayında digər dörd müsəlman məscidinə hücum edilib, İyun ayında Pakistanlı tələbə Fələstin barədə çıxış etdiyi üçün tənbih edildi və sair.

Bundan əlavə cari ilin ilk yarısında hicablı müsəlmanlar xanımlara qarşı çox sayda fiziki zorakılıq qeydə alınıb. May ayında Southwest Airlines şirkətinə məxsus təyyarəyə hicablı xanımın girməsinin qarşısı alınıb. İyul ayında Pensilvaniyada iki müsəlman qızın başından hicabını çəkiblər.  

Amerika - İslam Əlaqələri Şurasının (CAIR) məlumatına görə, Amerikada müsəlmanlar fiziki hücuma məruz qalır, onlarla qarşı ayrıseçilik var, əziyyət edirilirlər və ibadət məkanlarına qarşı təxribat törədirlər. Dövlət isə bu məsələni həll etmək yerinə sosial mediada müsəlmanlar əleyhinə islamofobik ibarətlər istifadə edərək məsələni gündəmdən kənarlaşdırır.

Amerika - İslam Əlaqələri Şurasının (CAIR) araşdırma koodinatoru deyib: Bu hesabat Amerikada islamofobiyanın mahiyyətini göstərmək üçün hazırlanıb. Bu hadisələr təkcə Amerikaya aid deyil, bütün qərb ölkələrində baş verməkdədir. Biz islamofobiya və irqçiliyin əleyihə ciddi mübarizə aparılmasını istəyirik. / iqna

Teqlər: islamofobiya ، caİr ، amerika ، avropa ، irqçilik
captcha