IQNA

Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin sahəsi genişləndirilib

18:37 - July 26, 2021
Xəbər sayı: 3490375
Həzrət Abbas (ə) Türbəsinin Mühəndislik Layihələri Departamenti bildirib ki, Qiblə qapısı ilə üzbəüzdəki xiyaban zəvvarların gediş-gəlişini rahat təşkil etmək üçün 1000 kvadrat metr genişləndirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az"a istinadla verdiyi xəbərə görə, Həzrət Əbülfəzl Abbasın (ə) Türbəsinin Mühəndislik Layihələri Departamenti bildirib ki, Qiblə qapısı ilə üzbəüzdəki xiyaban zəvvarların gediş-gəlişini rahat təşkil etmək üçün 1000 kvadrat metr genişləndirilib. 
Bu məkanların genişləndirilməsi və əlavə edilməsi, ziyarət mərasimlərinin asanlıqla və rahat yerinə yetirilməsinə töhfə verəcək. 
Bu milyonların ziyarəti vaxtı yaranan sıxlığı azaltmağı hədəfləyən Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahı tərəfindən qəbul edilmiş genişləndirilmiş işlərin bir hissəsidir.
Məlumata görə, Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahı tərəfindən hərəmin ətrafındakı daşınmaz əmlak alınıb və sökülərək hərəmin ərazisi genişləndirilib. / alkafeel
captcha