IQNA

19:39 - July 30, 2021
Xəbər sayı: 3490404
Səudiyyə Ərəbistanın şərqində yerləşən Qətif əyalətində və ətraf şəhərlərdə yaşayan Əhli-Beyt (ə) məktəbinin davamçıları Qədir-Xum bayramı mərasimləri təşkil ediblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "juhaina" informasiya portalına istinadla verdiyi xəbərə görə, cari həftənin Çərşənbə günü (18 Zil-Hiccə 1442) Səudiyyə Ərəbistanın şərqində yerləşən Qətif əyalətində və ətraf şəhərlərdə Qədir-Xum bayramı mərasimi keçirilib.

Bu əyalətdə yaşayan şiələr xiyaban və küçələri vilayət və imamət şüaları yazılmış parçalar və gül çələngləri ilə bəzəyiblər.

Əhli-Beyt (ə) aşiqləari məscid və Hüseyniyyələrə toplaşaraq Qədir-Xum bayramı mərasimləri keçiriliblər. Mərasimlərdə Quran tilavət edilib, məddahlar şer deyiblər, mədhiyyələr oxunub və ruhanilər Qədir-Xum hadisəsi ilə bağlı çıxış ediblər və İmam Əlinin (ə) inkaredilməz fəzilətlərindən danışıblar. /iqna

 
Ad:
E-poçt:
* Comment:
* captcha: