IQNA

Komor universitetində İslami kitablar və Quran nüsxələri paylanıldı

23:23 - August 02, 2021
Xəbər sayı: 3490431
Küveytin İslami İrsin İnkişafı Dərnəyi yüzlərlə cild İslami kitab və Quran nüsxələrini radikalizm və terrorizmlə mübarizə və mötədil müsəlmanlığın yayılması hədəfi ilə Komor təhsil ocaqlarına hədiyyə edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin İslami İrsin İnkişafı Dərnəyi yüzlərlə cild İslami kitab və Quran nüsxələrini radikalizm və terrorizmlə mübarizə və mötədil müsəlmanlığın yayılması hədəfi ilə Komor Adaları Respublikasının təhsil ocaqlarına hədiyyə edib.

Küveytin İslami İrsin İnkişafı Dərnəyi dünyanın mötəbər İslami təşkilatları ilə həmkarlıq çərçivəsində Komor Adaları Respublikasına göndərdiyi kitablar şəriət hakimləri, din təbliğçiləri, tələbələr və dövlət rəsmiləri arasında paylanılıb.

Komor Adaları Respublikasın dövlət univeritetinin İmam Şafei İnstitutu və Komor İslami Fondlar Nazirliyi və İslami İşlər İdarəsi Küveytin İslami İrsin İnkişafı Dərnəyi göndərdiyi kitabların paylanılmasına nəzarət edib.

Kitabların paylanılması mərasimində Komor İslami Fondlar Naziri və İslami İşlər İdarəsinin rəisi Məhəmməd Hüseyn Cəməlul-Leyl, İslami Xeyriyyə Təşkilatının rəisi Şeyx Əbdül-Kərim Məhəmməd Şakir, tələbə və elm adamları iştirak ediblər. / iqna

captcha