IQNA

23:58 - August 03, 2021
Xəbər sayı: 3490440
“Allah-Taala bu ayədə Əhli-beyti (ə) Peyğəmbərin (s) özündən qabaq qeyd etmiş, bununla da onların xüsusi məqam və mövqelərinə toxunmaqla onları hər kəsdən irəli bilmişdir. Bütün canlar onlara qurban olsun!"
Məşhur əhli-sünnə alimi Zəməxşəri “Əl-kəşşaf” adlı təfsir kitabında yazır:
 
رُوِيَ أنَّهُم لَمّا دَعاهُم إلَى المُباهَلَةِ قالوا: حَتّى نَرجِعَ ونَنظُرَ، فَلَمّا تَخالَوا قالوا لِلعاقِبِ، وكانَ ذا رَأيِهِم: يا عَبدَ المَسيحِ، ما تَرى؟ فَقالَ: وَاللّهِ لَقَد عَرَفتُم يا مَعشَرَ النَّصارى أنَّ مُحَمَّدًا نَبِيٌّ مُرسَلٌ، ولَقَد جاءَكُم بِالفَصلِ مِن أمرِ صاحِبِكُم. وَاللّه، ما باهَلَ قَومٌ نَبِيًّا قَطُّ فَعاشَ كَبيرُهُم ولا نَبَتَ صَغيرُهُم، ولَئِن فَعَلتُم لَتَهلِكُنَّ، فَإِن أبَيتُم إلاّ إلفَ دينِكُم والإِقامَةَ عَلى ما أنتُم عَلَيهِ فَوادِعوا الرَّجُلَ وَانصَرِفوا إلى بِلادِكُم.
فَأَتى رَسولُ اللّهِ(ص) وقَد غَدا مُحتَضِنًا الحُسَينَ آخِذًا بِيَدِ الحَسَنِ وفاطِمَةُ تَمشي خَلفَهُ وعَلِيٌّ خَلفَها وهُوَ يَقولُ: إذا أنَا دَعَوتُ فَأَمِّنوا، فَقالَ اُسقُفُ نَجرانَ: يا مَعشَرَ النَّصارى، إنّي لَأَرى وُجوهًا لَو شاءَ اللّهُ أن يُزيلَ جَبَلاً مِن مَكانِهِ لَأَزالَهُ بِها، فَلا تُباهِلوا فَتَهلِكوا ولا يَبقى عَلى وَجهِ الأَرضِ نَصرانِيٌّ إلى يَومِ القِيامَةِ، فَقالوا: يا أبَا القاسِمِ، رَأَينا أن لا نُباهِلَكَ وأن نُقِرَّكَ عَلى دينِكَ ونَثبُتَ عَلى دينِنا. قالَ: فَإِذا أبَيتُمُ المُباهَلَةَ فَأَسلِموا يَكُن لَكُم ما لِلمُسلِمينَ وعَلَيكُم ما عَلَيهِم، فَأَبَوا. قالَ: فَإِنّي اُناجِزُكُم، فَقالوا: ما لَنا بِحَربِ‏العَرَبِ طاقَةٌ، ولكِن نُصالِحُكَ عَلى أن لاتَغزُوَنا ولا تُخيفَنا ولا تَرُدَّنا عَن دينِنا عَلى أن نُؤدِّيَ إلَيكَ كُلَّ عامٍ ألفَي حُلَّةٍ، ألفًا في صَفَرٍ، وألفًا في رَجَبٍ، وثَلاثينَ دِرعًا عادِيَّةً مِن حَديدٍ.
فَصالَحَهُم عَلى ذلِكَ وقالَ: والَّذي نَفسي بِيَدِهِ، إنَّ الهَلاكَ قَد تَدَلّى عَلى أهلِ نَجرانَ، ولَو لاعَنوا لَمُسِخوا قِرَدَةً وخَنازيرَ، ولاَضطَرَمَ عَلَيهِمُ الوادي نارًا، ولاَستَأصَلَ اللّهُ نَجرانَ وأهلَهُ حَتَّى الطَّيرَ عَلى رُؤوسِ الشَّجَرِ، ولَما حالَ الحَولُ عَلَى النَّصارى كُلِّهِم حَتّى يَهلِكوا...
 
“Rəvayətdə deyilir ki, Peyğəmbər (s) onları (Nəcran məsihilərinin böyüklərini) “mübahilə” və qarğışa çağırdıqda, onlar dedilər: “Hələ qayıdıb, (bir az) fikirləşək!” Onlar xəlvətə çəkilib öz içərilərindən dünyagörmüş Aqibə dedilər: “Ey Əbdülməsih, nə deyirsən?” O dedi: “Ey məsihilər! Allaha and olsun, siz yaxşı bilirsiniz ki, Muhəmməd peyğəmbərdir və özü ilə Allahın kəlamını gətirmişdir. Allaha and olsun ki, bu vaxta qədər peyğəmbərlə mübahilə və qarğış edən millətin bir böyüyü diri qalmamış, kiçiyi də boya-başa çatmamışdır. Əgər onunla qarşı-qarşıya dursanız, şübhəsiz, həlak olacaqsınız. Amma yenə öz dininizdən dönməyib, mövcud adət-ənənələrinizi saxlamaq istəyirsinizsə, bu adamla sülh edib (mübahiləsiz) öz diyarınıza qayıdın.”
 
Bu zaman Peyğəmbərin (s) Hüseyn qucağında və Həsənin əlindən tutmuş halda gəldiyini gördülər. Onun arxasınca Fatimə, ondan sonra da Əli hərəkət edirdi. Peyğəmbər (s) buyurdu: “Mən dua edərkən, siz amin deyin!” Bu zaman nəcranlı keşiş dedi: “Ey məsihilər! Mən elə (nurlu) simalar görürəm ki, əgər Allah istəsə, onlara görə dağı yerindən qoparar. Onlarla “mübahilə” etməyin, yoxsa həlak olarsınız və Qiyamətə qədər yer üzündə bir nəfər məsihi qalmaz.” (Buna görə də) onlar Peyğəmbərə (s) dedilər: “Ey Əbülqasim! Biz belə qərara gəldik ki, səninlə mübahilədən çəkinib, sən öz dinində, biz də öz dinimizdə qalaq.” Peyğəmbər (s) buyurdu: “Əgər mübahilədən çəkinirsinizsə, onda İslamı qəbul edərək müsəlmanların xeyir və şərində şərik olun!” Onlar bu təklifi qəbul etmədilər. Peyğəmbər (s) buyurdu: “Belə isə mən sizinlə müharibə etməli olacağam.” Onlar dedilər: “Bizim ərəb milləti ilə müharibəyə qüvvəmiz yoxdur. Amma sizinlə (aşağıdakı şərtlərlə) müqavilə bağlamağa hazırıq: bizimlə müharibə etməməli, bizi hədələməməli və dinimizdən ayırmamalısınız. Biz də (bunun müqabilində) hər il sizə iki min dəst paltar – min dəstini Səfər, min dəstini də Rəcəb ayında, (bundan əlavə,) “Ad” tayfasına mənsub dəmirdən hazırlanmış otuz dəst zireh verməyə hazırıq.”
 
Peyğəmbər (s) həmin şərtlərlə razılaşıb müqavilə bağladı və buyurdu: “And olsun canım əlində olan Allaha! Az qalmışdı ki, həlakət Nəcran əhalisinə üz gətirsin. Əgər onlar mübahiləyə girsəydilər, şübhəsiz, insan surətindən çıxıb, meymun və donuz surətinə düşərdilər və bu düzənliklər onlar üçün odlu Cəhənnəmə çevrilərdi. Hətta Allah-Taala tez bir zamanda Nəcran əhalisi ilə birgə ağacdakı quşları belə həlak edərdi və heç bir il keçməmiş məsihilərin hamısı məhv olub aradan gedərdi.”
 
Zəməxşəri yazır:
 
 
وقدّمهـم في الذّكرِ على الأَنفس ليُنبّه على لطف مكانهم وقرب منزلتهم، وليؤذن بأَنّهم مقدّمون على الأَنفس مُفدَون بها، وفيه دليل لا شيء أقوى منه على فضل أصحاب الكساء (ع).
 
“Allah-Taala “əbna” (oğullar) və “nisa” (qadınlar) ifadəsini “ənfus” (öz) ifadəsindən (yəni Əhli-beyti Həzrət Peyğəmbərin (s) özündən) qabaq qeyd etmiş, bununla da Öz dərgahında onların xüsusi məqam və mövqelərinə toxunmaqla onları hər kəsdən irəli bilmişdir. Bütün canlar onlara qurban olsun! Burada “Kisa”nın üzvlərinin fəzilətinə dair tutarlı dəlil vardır.” (“Əl-kəşşaf”, c.1, səh.193.)
 
Tərcümə etdi: Rza Şükürlü (Maide.az)
Ad:
E-poçt:
* Comment:
* captcha: