IQNA

1:56 - August 04, 2021
Xəbər sayı: 3490442
“Haqq” müxalifət hərəkatının nümayəndəsi Bəhreyndə “14 Fevral inqilabının liderlərini xilas et” aksiyasının ötən gün axşam başlayacağını bildirərək, hamının iştirak etməyinin vacib olduğunu qeyd edib.

“Haqq” müxalifət hərəkatının nümayəndəsi Bəhreyndə “14 Fevral inqilabının liderlərini xilas et” aksiyasının ötən gün (3 avqust) axşam başlayacağını bildirərək, hamının maksimum iştirak etməyin vacib olduğunu qeyd edib.

Deyerler.org xəbər verir ki, Hürriyyət və Demokratiya (Haqq) müxalifət hərəkatının nümayəndəsi Əbdülqəni Əl-Xəncər “Al-Manar” xəbər şəbəkəsinə verdiyi açıqlamasında bunları deyib: “Ali Xəlifə rejiminin görkəmli rəqibi Əbdül Cəlil Əs-Sankisin həyatı təhlükədədir. Dörd həftədir ki, Coe Mərkəzi Həbsxanasında aclıq aksiyası keçirir.

Bəhreyn rejimi səhiyyə və tibb sahəsindəki qüsurları və çatışmazlıqları ilə birlikdə, tədricən ölüm yolu ilə həbsxanalarda inqilabçı liderlərin müqavimətinə qarşı mübarizə aparmaq siyasətini həyata keçirir.

İnqilabın liderlərini Ali Xəlifə rejiminin əlindən xilas etmək üçün təzyiq göstərmək lazımdır. Həbsdə olan rəhbərlər və alimlər əzmkarlıqlarını sübut etdilər.

Həbsxanada dözdükləri bütün ağrılara və əzablara baxmayaraq, bu insanlar təslim olmadılar və Bəhreyn xalqının azadlıq və ləyaqət əldə etmək arzusunu həyata keçirmək üçün zəfər yolunda prinsiplərinə sadiq olduqlarını göstərdilər”.

O, qeyd edib ki, Haqq hərəkatının baş katibi Həsən Muşaima da xəstəliklə mübarizə aparır. Həbsxanadan xəstəxanaya aparılsa da, vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

Əl-Xəncər inqilabın liderlərinin azad edilməsini tələb etmək üçün “14 Fevral inqilabının liderlərini xilas et” adlı aksiya başlatdıqlarını bildirib.

Ali Xəlifə rejiminin həbsdə olan müxaliflərə qarşı rəftarı o qədər iyrəncdir ki, hətta Human Rights Watch kimi beynəlxalq insan haqları təşkilatları dəfələrlə Bəhreyndə siyasi məhbuslara tibbi yardım göstərilməməsini tənqid edərək, bunu BMT qanunlarının pozulması adlandırıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: