IQNA

Rəisi: İranın nüvə silahı yaratmaq planı yoxdur

12:58 - August 06, 2021
Xəbər sayı: 3490452
Rəisi xatırladıb ki, İslam İnqilabının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Xameneinin fətvasına əsasən, nüvə silahı qadağan edilib və ona “İranın müdafiə strategiyasında yer yoxdur”.

İran nüvə silahı yaratmaq niyyətində deyil və ölkənin müdafiə strategiyasında buna yer yoxdur.

Bu barədə İranın yeni prezidenti Seyid İbrahim Rəisi rəsmi inaqurasiya mərasimi zamanı bəyan edib.

“İranın nüvə proqramı sırf dinc xarakter daşıyır”, – deyə o, qeyd edib.

Rəisi xatırladıb ki, İslam İnqilabının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Xameneinin fətvasına əsasən, nüvə silahı qadağan edilib və ona “İranın müdafiə strategiyasında yer yoxdur”. /şəfəqna

captcha