IQNA

Hindistanlı müsəlmanlar "netflix"ə etiraz ediblər

13:01 - August 08, 2021
Xəbər sayı: 3490465
Netflix kino şirkətinin Hindistanda yeni ekran etdiyi "Navarasa" serialının afişasında Quran ayələri yerləşdirməsi müsəlmanları narahat edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Netflix kino şirkətinin Hindistanda yeni ekran etdiyi "Navarasa" serialının afişasında Quran ayələri yerləşdirməsi müsəlmanları narahat edib.

Cari həftənin Cümə günü başlayan bu serialın ardınca hindistanlə müsəlmanlar sosial şəbəkələrdə "BanNetflix#" həştəgini trend ediblər və məşhur kino şirkətindən dini mətnləri öz əyləncə hədəfləri üçün istafədə etməməsini istəyiblər.  

Hindistanın İslami təşkilatları elan ediblər ki, bu filin posteri bəzi Quran ayələrini və sözlərini ehtiva edib və buna görə də qəzet və jurnallarda çap və nəşr edilə bilməz.

Hindistanın "Raza İslam Akademiyası" yerli qəzetlərdə bu posterin nəşr edilməsini məhkum edib və bildirib ki, Quran ayələrinin ayaq altına atılan qəzetlərdə çap edilməsi hörmətsizlikdir və bu mələsə müsəlmanları narahat edir.

Qeyd edək ki, Neftlix kino şirkəti bundan öncə də müsəlmanları terrorist kimi göstərən və müsəlman qadınların guya həmişə ailəsi tərəfindən zülmə məruz qaldığını və buna görə də İslam dinindən çıxmaq və hicabı atmaq arzusunda olduqlarını təsvir edən bir film çəkməklə müsəlmanları qəzəbləndirmişdi.

Müsəlmanların çoxsaylı etirazlarından sonra isə Neftlix həmin filmin posterlərini reklam şitlərindən götürərək üzr istəmişdi. /iqna

Teqlər: Netflix ، Quran ayəsi ، kino ، film ، hindistan ، təhqir ، navarasa
captcha